Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində evlərdən oğurluq edən bir nəfər tutulub. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ağdaş rayon sakini S.Əliyev bir evdən 4900 AZN, 15.100 AZN dəyərində notbuk, geyim və məişət əşyaları, digər evdən isə 3000 AZN-lik məişət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.