Paytaxtın Suraxanı rayonunda piyada qadını avtomobil vurub. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
32 yaşlı İradə Nəbiyeva yolu keçən zaman onu avtomobil vurub. Nəticədə piyada diz qapağının sınığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.