Paytaxtın Yasamal rayonunda narkotacir saxlanılıb. Bu haqda bu gün, 12 yanvar tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər sakini R.Aslanov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən heroin və metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.