Azərbaycanın Əməkdar müəllimi Hikmət Məmmədov dünyasını dəyişib. Bu haqda bu gün, 13 avqust tarixində Bakuplus.az İqtisadiyyat.az istinadən xəbər verir.
Texnika elmləri üzrə fəlsəfə doktoru, professor Hikmət Məmmədov 86 yaşında vəfat edib.
Alim 1938-ci ildə anadan olub. O, 1975-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) çalışıb. Təqaüdə çıxana qədər ali təhsil müəssisəsinin İnşaat fakültəsinin dekanı vəzifəsində işləyirdi. Hikmət Məmmədov 2012-ci ildə “Tərəqqi” medalı, 2016-cı ildə “Əməkdar müəllim” fəxri adı, 2018-ci ildə isə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı" ilə təltif olunub.