Yasamal rayonu, “Qələbə” diarəsində yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 27 aprel tarixində APA məlumat verib.
Mətbuat prospekti ilə hərəkət edən "Toyota" markalı minik avtomobili Abdulvahab Salamzadə küçəsində "İsuzu" markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində minik avtomobilə ciddi maddi ziyan dəyib, xəsarət alan olmayıb. Dairədə sıxlıq müşahidə olunub. Hadisə yerinə cəlb olunan polis əməkdaşları və evakuator xidməti tərəfindən avtomobillər ərazidən götürülüb.
Yol-nəqliyyat hadisəsi ilə bağlı avtotexniki ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.