Yasamal rayonunda dava zamanı oğlanı bıçaqlayan şəxsə hökm oxunub. Bu haqda 18 aprel tarixində Oxu.az məlumat verib.
Ötən il “20 Yanvar” stansiyasının qarşısında qıza görə düşən davaya aydınlıq gətirmək üçün toplaşan gənclərdən biri digərinə xəncərlə xəsarət yetirib.
Rəvan Əhmədov (soyad şərtidir) qarşı tərəfə görüş təyin edib. Görüş zamanı qarşı tərəfdən 7-8 nəfər gəlib.
Bu zaman Rəvan Əhmədov söhbəti həll etmək üçün gələnlərdən biri olan Pərviz Sultanovla (soyad şərtidir) mübahisə edib və xəncərlə zərbə endirərək ona xəsarət yetirib.
Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.