Paytaxtın Sabunçu rayonunda yerləşən Bakı İstintaq Təcridxanasına telefon keçirmək istədilər. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Ağdaş rayon sakini Nərmin Babayeva həyat yoldaşı Zahid Babayevə sovqat gətirib. Yoxlama zamanı pul kisəsinin içərisində gizlədilmiş 1 ədəd “Nokia” markalı telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.