Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində avtoqəza ölümə səbəb olub. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ucar rayon sakini Südabə Rəhimova yolu keçən zaman onu Tovuz rayon sakini T.Cəfərov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.