Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yanacaqdoldurma məntəqəsinə silahlı hücum olub. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Əli Əliyev maska taxaraq yanacaqdoldurma məntəqəsinə gəlib və orada operator işləyən həmyerlisi O.Əsədzadəni bıçaqla hədələyərək 250 manatını alıb. Şübhəli şəxs saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.