Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma adıçəkilən rayon ərazisində yerləşən və ümumi sahəsi 80 kv.m olan kürsülü birmərtəbəli 2 otaqlı evdə qeydə alınıb. Nəticədə evin bir otağı və əşyaları 40 kv.m sahədə yanıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.