Qaradağ rayonunda yerləşən mağazada yanğın baş verib. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 280 kv.m olan birmərtəbəli mağazada qeydə alınıb. Nəticədə obyektin taxta atmaları 10 kv.m sahədə yanıb, lambirdən ibarət tavan 20 kv.m sahədə əriyib. Mağazanın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.