Bakının Qaradağ rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Mercedes” markalı mikroavtobusun mühərrik hissəsi yanıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb. Xəsarət alan olmayıb.