Bakının Qaradağ rayonunda yol qəzası nəticəsində sıxılmış vəziyyətdə qalan sürücü həlak olub. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, “Ford” markalı yük avtomobili yolda dayanan “KamAZ” markalı yük avtomobilinə çarpılıb. Avtosfer.az-dan əldə edilən məlumata görə, tərəvəz daşıyan 99-DH-984 qeydiyyat nişanlı “Ford” markalı yük avtomobilinin sürücüsü sükan arxasında yataraq yük avtomobilinə çarpılaraq ölüb.
Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunublar, sözügedən şəxs nəqliyyat vasitəsindən çıxarılıb.