Paytaxtın Qaradağ rayonunda daha bir yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“KamAZ” markalı yük avtomobilinin qoşqusu aşaraq yaxınlıqdan keçən piyadanın üzərinə düşüb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları cəsədi qoşqunun altından çıxarıb və adidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.