Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
"Qobu Park-1" yaşayış massivindəki 3 saylı binada gənc qız özünü 8-ci mərtəbədən atıb. O, yerindəcə keçinib.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Fakt araşdırılır.