Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Rəşid Behbudov və Şamil Əzizbəyov küçələrinin kəsişməsində 2 avtomobilin toqquşması səbəbindən Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində sıxlıq yaranıb.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.