Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda APA bu gün, 11 dekabr gecə saatlarında məlumat verib.
“Range Rover” markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca, yol nişanına, daha sonra yol kənarında parklanan iki “Mercedes” və “Mitsubishi” avtomobillərinə çırpılıb və aşıb.
Qəzada bir nəfər xəsarət alıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsi araşdırma aparır.
Daha öncə, 10 dekabr tarixində Nərimanov metrostansiyasının yaxınlığında “Uber” taksi şirkətinə məxsus “Toyota Prius” və “Mercedes” markalı avtomobillər toqquşaraq qəza törətmişdirlər.