Bakı şəhəri Səbail rayonu ağaclıq ərazisində yanğın baş verib. Bu haqda bu gün, 17 sentyabr saat 15:25 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə məlumat daxil olub.
Hadisə yerinə yanğınsöndürülmə briqadalar cəlb olunub, yanğının söndürülməsi ilə bağlı tədbirlər həyata keçirilir.
Xəbər yenilənib - 16:30
Yanğın söndürülüb.