Paytaxtın Səbail rayonu, Metropolitenin “İçərişəhər” stansiyası yaxınlığında kütləvi dava baş verib. Bu haqda bu gün, 21 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakinləri E.Bağırov və V.Xanlarov bir qrup şəxs tərəfindən döyülüblər.
Keçirilən əməliyyat nəticəsində 4 nəfər saxlanılıb. Onlar barəsində araşdırma aparılır.