Paytaxtın Səbail rayonunda oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 30 sentyabr tarixində AZƏRTAC xəbər yayıb.
Astara rayon sakini Ş.Mahmudov 14 sentyabr tarixində V.Əsgərova məxsus içində sənədlər və 1600 manat olan pulqabını oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, 29 sentyabr tarixində paytaxtın Binəqədi rayonunda 6800 manatlıq oğurluq edən şəxs saxlanılmışdır.