“Sədərək” Ticarət Mərkəzində insanların girov götürülməsi ilə bağlı iddiaya cavab verilib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Aparılan araşdırmalar zamanı məlum olub ki, şəxslər mağazanın icarədarlarıdır və mağazanın yeni sahibi ilə icarə məsələsinə görə narazılıq yaranıb.
“Həmin şəxslərin girov saxlanılması ilə bağlı iddialar əsassızdır", - deyə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı qeyd edib.
Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində bir qrup şəxsin rəhbərlik tərəfindən girov götürülməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılmışdı.