Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində bayram tonqalı nəzarətdən çıxıb. Bu haqda bu gün 2 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Od çərşənbəsi münasibətilə yaşayış binalarının məhəlləsində qalanan tonqalın alovu ağaclara keçib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Ətrafdakı infrastruktura ziyan dəyməyib.
Oxşar hadisə paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində də qeydə alınıb. Yanğının yayılmasının qarşısı alınıb.