Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 4 iyul tarixində xəbər verir.
Ramana qəsəbəsi, Gülçülük Sovxozu ərazisində 34 yaşlı Ruslan Məmmədov toydan çıxarkən tanımadığı şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
R.Məmmədov “BakuBus” MMC-də sürücü kimi işləyir.