Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində blogeri qətlə yetiriblər. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
24 yaşlı Əvəz Şıxməmmədov əmisioğlu Əmrulla Güləliyev tərəfindən bıçaqla öldürülüb. Təqsirkar saxlanılıb və törətdiyi əməli etiraf edib. O, sərxoş olduğunu və aralarında yaranan mübahisə zəminində əməli törətdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.