02 sentyabr tarixində Sabunçu rayonunda küçədə huşsuz vəziyyətdə döyülmüş qadın tapılıb.
Sabunçu bazarının yaxınlığında 38 yaşlı Əminə Fətullayeva sakinlər tərəfindən huşsuz vəziyətdə aşkar olunub. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polisin apardığı araşdırmadan sonra məlum olub ki, Fətullayevanı iki baldız döyüb və evdən qovublar. Ağır xəsarət aldığına görə,o, küçədə huşunu itirib və yerə yıxılıb.