Paytaxtın Sabunçu rayonu Məhəmmədi qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
16 yaşlı Seymur Hüseynova küçədə naməlum şəxs hücum edərək ona bıçaqla xəsarət yetirib. Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, 27 avqustda Qaradağ rayonunun Ələt qəsəbəsində qardaş qardaşı bıçaqlamışdır.