Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində evdən 15.000 manatlıq oğurluq edilib. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qəsəbə sakini Rövşən Şahbazov 3 ədəd notbuk, 3 ədəd domofon, 2 ədəd televizor, videokamera və avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.