Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qətl hadisəsi baş verib. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
38 yaşlı Adəm Quliyev aralarında yaranan mübahisə zamanı tanışı 47 yaşlı Natiq Nəcəfova bıçaqla xəsarət yetirib. Yaralı 4 saat sonra xəstəxanada dünyasını dəyişib.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam edir.