Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində arvadını bıçaqla öldürən şəxs barəsində məhkəmə qərar verib. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
32 yaşlı Şəhriyar Ələsgərov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, 29 noyabr tarixində qısqanclıq üstündə həyat yoldaşı 24 yaşlı Ləman Ələsgərovanı bıçaqlayaraq öldürmüşdür.