Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda 5 mart tarixində APA məlumat verib.
Sabunçu qəsəbəsində 37 yaşlı Seynur Hüseynov dava zamanı boyun nahiyyəsi və döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.