Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi, Elşən Mehdiyev küçəsində köşkdən oğurluq edilib. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
İki nəfər naməlum şəxs axşam saatlarında satıcının yatdığını görərək, köşkdən 500 manatdan çox pul götürüb. Daha sonra satıcını oyadaraq, heçnə olmamış kimi ondan siqaret alıblar.
Ən sonda kassada pulun olmadığını görən satıcı təhlükəsizlik kameralarında oğurluq anının qeyd olunduğunu aşkar edib.
Faktla bağlı araşdırma davam edir.