Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində arvad ərini bıçaqlayıb. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
45 yaşlı Şəfiqə Babaşova əri - 48 yaşlı Gəncalı Babaşova bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Şübhəli şəxs saxlanılıb. Təfərrüatlar araşdırılır.