Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində silah-sursat saxlayan şəxs tutulub. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Aqil Abbasovun üzərində olan çantadan 1 ədəd “Kalaşnikov” və 30 ədəd patron aşkarlanaraq götürülüb. O, silahı satmaq üçün saxladığını etiraf edib.
Faktla bağlı araşdırmalar davam edir.