Bakının Sabunçu rayonunda yaşayış evi yanıb. Bu haqda bu gün, 27 iyun tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb, yaxınlıqdakı evlər alovdan mühafizə olunub. Xəsarət alan olmayıb.