Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq edən iki nəfər saxlanılıb. Bu haqda bu gün, 28 yavar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Salyan rayon sakinləri S.Abdullayev və R.Abdullayev 10 müxətlif evdən təmir-tikinti alətləri, inşaat materialları, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma davam edir.
Həmin rayonda daha bir nəfər 20-ə yaxın evdən oğurluq etməkdə təqsirləndirilərək saxlanılmışdır.