Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində bir müddət ərzində 10 evdən qaz sobaları oğurlayan şəxslər aşkar olunaraq saxlanılıb. Bu haqda bu gün, 19 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Verilən məlumata əsasən, aparılan tədbirlər nəticəsində, oğurluq etdiklərinə görə tutulmuş S.Əhmədov və R.Səfərovdan hər birinin qiyməti 280 manat olan oğurlanan sobalar tapılıb.