Bakıda qətl törədən şəxsin məhkəməsi başlayıb. Bu haqda 20 iyun tarixində Report məlumat verib.
Sabunçu rayonu, Balaxanı qəsəbəsində bu ilin fevral ayında 24 yaşlı Əvəz Şıxməmmədov yaşadığı evin həyətində Əmrulla Güləliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Ə.Güləliyevə qarşı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Güləliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəmə iclasına qoşulması təmin edilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.