Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 1 iyun tarixində xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində 26 yaşlı Elşən Abbasov mübahisə zəminində bıçaqlanıb.
Xəstəxanaya çatdırılan yaralının bədəninin müxtəlif nahiyələrində 5 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. E.Abbasov əməliyyat olunub, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Araşdırmalar davam edir.