Paytaxtın Sabunçu rayonunda ayaqqabı istehsalı sexində yanğın baş verib. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 300 kv.m olan obyektin dam örtüyü 60 kv.m sahədə yanıb. Sexin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.