Paytaxtın Sabunçu rayonunda cüzdan oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini T.Quliyev həmyerlisi K.Abdullayevanın içərisində 235 manat nağd pul, balansında 257 manat olan bank kartı və digər kartlar olan cüzdanını oğurlamaqda şübhəli bilinir.
Araşdırmalar davam edir.