Bakıda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb. Bu haqda 7 aprel tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Sabunçu rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 6 qəbrin üzərindən güldanlar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini İ.Həşimov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir