Paytaxtın Sabunçu rayonunda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Bu haqda bu gün, 14 yanvar tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Zabrat qəsəbəsində yerləşən obyektlərin birində gözətçi kimi işləyən Fərid Qurbanov və Samir Dünyamalıyev müəssisədən 5000 manat dəyərində metal konstruksiyalar oğurlayıblar.
Həmin rayonda daha bir oxşar hadisə qeydə alınıb. Novruz Hacıyev usta kimi işləyən evdən 3000 manatlıq əşya çıxarıb.
Faktlarla bağlı araşdırmalar davam edir.