Paytaxtın Sabunçu rayonunda narkotik alverinə qarşı silsilə əməliyyatlar keçirilib. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Baş Narkoriklərlə Mübarizə İdarəsinə istinadən xəbər verir.
Rayon ərazisində 98 narkotacir tutulub, ümumilikdə 27 kiloqram narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb. Onlardan 64-ü həbs edilib, 34-ü isə nəzarət altına verilib.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_46565" align="alignnone" width="800"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]