Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 5 aprel tarixində xəbər verir.
Paytaxtın Sabunçu rayonunda 31 yaşlı Şəlalə Məmmədova və oğlu 5 yaşlı Seyid Məmmədlini yolu keçərkən avtomobil vurub.
Yaralıların hər ikisi müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.