Ötən ay Sabunçu rayonunda narkotikə görə saxlanılanların sayı açıqlanıb. Bu haqda 6 may tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Sabunçu rayonunda aprel ayı ərzində Bakıxanov, Balaxanı, Maştağa, Zabrat qəsəbələri, həmçinin digər ərazilərdə keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan ümumilikdə 63 nəfər saxlanılıb. Onlardan ümumilikdə 5 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslərdən 31-i barəsində məhkəmə tərəfindən həbs, 32-si haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.