Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsində piyada xəsarət alıb. Bu haqda bu gün, 12 may tarixində Report məlumat verib.
36 yaşlı Bahar İsmayılova yolu keçərkən onu avtomobil vurub. Qadın müxtəlif xəsarətlər ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.