Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində avtomobil su kanalına düşüb. Bu haqda bu gün, 25 mart tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Tofaş” markalı nəqliyyat vasitəsi su kanalına düşüb. Hadisə yerinə FHN-nin əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.
Xəsarət alanlar barəsində məlumat yoxdur. Təfərrüatlar araşdırılır.