Paytaxtın Sabunçu rayonunda avtoqəzada 3 nəfər xəsarət alıb. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İki avtomobilin toqquşması nəticəsində 41 yaşlı Əkbər Əhmədov, 31 yaşlı Seyfəli Rzayev və 32 yaşlı Cavid Sadıqzadə xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Təfərrüatlar araşdırılır.