Bakıda oğru tutulub. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sabunçu rayonunda Bakı şəhər sakini N.Əsgərovun bank hesabından 670 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini N.Əzizli müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.