Bakıda gənc oğlan 3-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 11 may tarixində xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində 28 yaşlı Təbriz Abbasov binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq xəsarət alıb.
Vəziyyətinin ağır olması səbəbindən xəstəxanaya çatdırılan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Onun bədəninin bir neçə nahiyəsində sınıqlar müşahidə olunub.
Hadisənin təfərrüatı araşdırılır.